CAS UEFA-nın "Atletiko" ilə bağlı qərarını ləğv edib

CAS UEFA-nın "Atletiko" ilə bağlı qərarını ləğv edib
İDMAN
19:39 13.04.2022
402
İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İspaniyanın "Atletiko" (Madrid) komandasının ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunun tribunalarının qismən bağlanması ilə bağlı qərarını müvəqqəti ləğv edib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin evdə İngiltərənin "Mançester Siti" kollektivinə qarşı keçirəcəyi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda azarkeş sayına məhdudiyyət qoyulmayacaq.

Bileti və mövsümlük abunəçiliyi olan bütün tərəfdarlar arenaya daxil ola biləcəklər.

Qeyd edək ki, UEFA Mançesterdəki ilk qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında baş vermiş insident səbəbindən "Atletiko"ya sanksiya tətbiq edib. Həmin görüşdə "şəhərlilər" 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu bu gün baş tutacaq.
OXŞAR XƏBƏRLƏR