“Caspian News”da Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib

“Caspian News”da Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib
SİYASƏT
16:02 07.04.2021
544
"Caspian News” xəbər portalında "Ermənistanın Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə etməsi yeni faktlarla təsdiqlənib” sərlövhəli məqalə dərc edilib.

AZXEBER.COM xəbər verir ki, məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə etməsinin regional və beynəlxalq media qurumlarının diqqət mərkəzində olduğu vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan davamlı minatəmizləmə əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhəri ətrafında iki partlamış raketin qalıqları tapılıb və martın 15-də tapılmış həmin raket qalıqlarının Rusiya istehsalı olan "İsgəndər” raketləri olduğu təsdiqlənib. Həmin raket qalıqları agentliyin nümayəndələri tərəfindən keçən həftə paytaxt Bakıda nümayiş etdirilib ki, bu da Azərbaycana qarşı böyük dağıdıcı gücə malik raketin istifadə olunması ilə bağlı bir sıra suallar doğurub.

"İsgəndər” raketlərinin xüsusiyyətləri barədə ətraflı məlumat verilən məqalədə qeyd olunur ki, "İsgəndər” raketi çoxsaylı döyüş sursatları, o cümlədən döyüş başlığı, gücləndirilmiş partlayış başlığı və anti-radar missiyaları üçün nəzərdə tutulmuş elektromaqnit cihazı, eləcə də nüvə başlıqları ilə təchiz edilə bilən raket növüdür. "İsgəndər” raket sistemi iki variantda istehsal olunur: "İsgəndər-M” və İsgəndər-E”. "İsgəndər-M” raket növü Rusiya hərbçilərinin istifadəsi üçün, "İsgəndər-E” isə ixrac üçün nəzərdə tutulub. İxrac üçün nəzərdə tutulan "İsgəndər-E” raketi maksimum 280 kilometr, ballistik raket kompleksi – "İsgəndər-M” isə 500 kilometr radiusa malikdir.

Məqalədə, həmçinin qeyd olunur ki, "İsgəndər” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə buraxılması ilə bağlı ətraflı məlumat təqdim edən məhz Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan olub. Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın "Forbes” jurnalına verdiyi müsahibəyə istinad edilən məqalədə deyilir: ""İsgəndər” raketindən istifadə etməyimə yalnız Şuşa şəhərində icazə verildi və mən də istifadə etdim. Bu, bizə müəyyən üstünlüklər verdi və biz bir neçə tankı şəhərə gətirməyi bacara bildik. Baş nazir Nikol Paşinyan isə beynəlxalq ictimaiyyətin sərt qınağından qorxaraq raketin istifadə edilməsini qadağan etmişdi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
22:59 10.10.2026
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib