Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
DÜNYA
22:59 10.10.2026
116
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.

Müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib.

Sibiqa qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.

"Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.

O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti "dəstəyə layiqdir".

Daha əvvəl Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində Ukraynanın yeni prezident seçməli olduğu fikrini bildirib.
 
///report///

OXŞAR XƏBƏRLƏR