Casus proqramı Serbiyada səs-küyə səbəb oldu

DÜNYA
11:56 17.12.2024
122
"Amnesty International" Beynəlxalq Amnistiya Təşkilatı Serbiyada jurnalistləri, vətəndaş hüquqları müdafiəçilərini qeyri-qanuni şəkildə izləmək üçün mobil məhkəmə-tibbi proqram təminatından istifadə edildiyini aşkar edib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hesabatda "Cellebrite" tərəfindən istehsal edilən proqram təminatının insanların telefonlarına gizli şəkildə quraşdırıldığı, onların şəxsi məlumatlarının toplandığı, telefonların mikrofon və kameralarının uzaqdan işə salına bildiyi üzə çıxıb.

Təşkilat bəyan edib ki, Serbiya hakimiyyət orqanları vətəndaş cəmiyyətini nəzarətdə saxlamaq üçün rəqəmsal nəzarət və repressiya texnologiyalarından istifadə edib. 
 
Sözügedən casus proqramı İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanıb.
 
Pegasus kimi casus proqramlar telefon istifadəçilərinin xəbəri olmadan telefonları izləmək üçün nəzərdə tutulub.
 
Bu proqram telefon danışıqlarına qulaq asmaq, audio yazmaq, e-poçtları izləmək və telefonlardan fotoşəkil çəkmək kimi casusluq fəaliyyətlərini həyata keçirə bilər.

Pegasusun dünyanın müxtəlif ölkələrində, o cümlədən El Salvador, Fransa, İngiltərə, Polşa, Macarıstan, Hindistan, Qazaxıstan, Ruanda, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin və İordaniyada istifadə edildiyi bildirilir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR