Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunub

Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunub
DÜNYA
20:43 12.04.2022
435
Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunub.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həbs olunan şəxs 18 ildir ki, Polşada yaşayır və biznes fəaliyyəti ilə məşğul olub.
 
Polşa Xüsusi Xidmət Nazirliyinin sözçüsü bildirib ki, həmin şəxs aprelin 6-da saxlanılıb və üç ay həbsdə saxlanılacaq.

"Hərbi Əks-Kəşfiyyat Xidmətinin topladığı sübutlar göstərir ki, həmin şəxs Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının hərbi hazırlığına dair məlumat toplayıb", mətbuat katibi bildirib.
OXŞAR XƏBƏRLƏR