Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi

Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi
SOSİAL
11:16 20.10.2020
711
Gəncə xanı Cavad xanın nəslinin hazırda Malayziyada yaşayan davamçısı, tanınmış beyin cərrahı Kazım Cavadxanlı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzkarlığı, o cümlədən Gəncə şəhərinə raket hücumlarını kəskin şəkildə pisləyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi ilə telefon əlaqəsi saxlayan soydaşımız müxtəlif yerli və beynəlxalq KİV-lərdə Ermənistanın Gəncədə törətdiyi qanlı hadisələr barədə gördüyü süjetlərdən dəhşətə gəldiyini, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əməllərinin birmənalı olaraq müharibə cinayəti olduğunu bildirib.

"Görünür, Ermənistan rəhbərliyi beynəlxalq hüquqla yanaşı, tarixi həqiqətlərə də məhəl qoymur. Azərbaycan xalqının, rəşadətli Azərbaycan igidlərinin tarixdəki bənzərsiz şücaətlərini nə tez belə unudublar? Şanlı keçmişimizdən bilirik ki, Azərbaycan xalqının dostluğu nə qədər möhkəm, qonaqpərvərliyi nə qədər mehribandırsa, qəzəbi də o qədər şiddətlidir.

Bir neçə gün bundan əvvəl Gəncədə olduğu kimi, günahsız körpələri, qocaları, qadınları gecə yarısı amansızcasına qətlə yetirmək dünyanın hər bir ölkəsində lənətlə qarşılanır. Ermənistan rəhbərliyi gec-tez bütün bunların cavabını verəcək.

Bu ağır günlərdə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin uzaqgörən və məğrur siyasəti nəticəsində Azərbaycan əsgərinin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir. Sevinirik, qürur duyuruq. Mən bütün soydaşlarmıza ən qısa zamanda mütləq qəlbə arzulayıram. Əminəm ki, o qələbə uzaqda deyil”, - K.Cavadxanlı deyib.

K.Cavadxanlı, həmçinin, Ermənistanın hərbi təxribatları zamanı həlak olan soydaşlarımızın yaxınlarına başsağlığının, eləcə də yaralılara şəfa diləyinin çatdırılmasını xahiş edib.

Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev K.Cavadxanlıya təşəkkür edib, bu gün yaşadığı yerdən asılı olmayaraq dünyadakı soydaşlarımızın bir amal, bir qayə uğrunda birləşərək, Vətən müharibəsində Azərbaycana verdiyi hər bir dəstəyin önəmli olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı