Cavadxan qəsəbəsinin bitməyən problemləri – VİDEO

Cavadxan qəsəbəsinin bitməyən problemləri – VİDEO
SOSİAL
23:32 21.10.2021
317
Gəncənin Cavadxan qəsəbəsinin sakinlərini narahat edən problemləri saymaqla qurtarmaq olmaz.

Təxminən, 1990-cı illərin əvvəllərində salınan qəsəbədə 30 ilə yaxındır ki infrastruktur qurulmayıb. Əhali içməli su, kanalizasiya və yol sarıdan kifayət qədər əziyyət çəkir. 

Sakinlər bildirib ki, qəsəbədə yalnız bir marşrut xətti var, o da çox böyük intervalla işləyir. 

Qeyd edək ki, Cavadxan qəsəbəsi Gəncənin ən iri yaşayış massivlərindən biridir. Burda 5000-dən artıq ailə yaşayır və şəhər mərkəzinə ən yaxın ərazidə yerləşir.

Daha ətraflı Baku TV-nin süjetində:
OXŞAR XƏBƏRLƏR