Cavadxan, Saraxatun, Qacar - Azərbaycanda körpələrə verilən tarixi ADLAR

Cavadxan, Saraxatun, Qacar - Azərbaycanda körpələrə verilən tarixi  ADLAR
SOSİAL
15:51 06.08.2016
5138

Ölkədə doğulan körpələrə Azərbaycan hökümdarlarının adları da verilir.

Ədliyyə Nazirliyindən "Reprot"a verilən məlumata görə, son beş ildə doğulan uşaqlardan 26-sı Xətai adlandırılıb.

25 körpəyə Fətəli, 81-nə Şəmsəddin, 28-nə İbrahimxəlil, 1-nə Mehdiqulu, 2-nə Qacar, 10-na Mehrəli, 10-na Şahverdi, 105-nə Ziyad, 22-nə Ziyadxan adı qoyulub.

Bundan başqa, son beş ildə doğulan körpələrə Cahan (273), Cavad (634), Cavadxan (24), Pənahəli (3), Cavanşir (214), Əmirxan (102), Sara (871), Tomris (37), Saraxatun (9) kimi adlar verilib.

Verilən adlar arasında Ziyadə, Ziyaddin, Ziyadəli, Ziyadi, Ziyadət, Ziyaddın, Cahandar, Cahanə, Cahanbanu, Cahana, Cahanxanım, Cavadağa, Cavadəli, Sarabəyim, Saraxanım, Saranur, Sarah kimi adlar da var.

OXŞAR XƏBƏRLƏR