Cavid Güldən ayrılan Səbinə məşhur rejissorla nişanlandı - FOTOLAR

MAQAZİN
13:58 22.08.2014
17390
Məşhur azərbaycanlı rejissorŞahin Zəkizadə ilətanınmış modelSəbinə Allahverdiyevanın nişanı olub.
AZXEBER.COMxəbər verir ki, cütlüyün toyu sentyabr ayında olacaq.
Rejissorun sözlərinə görə, toy bir qədər də tez olacaqdı, lakin atasının səhhətində problemlər yarandığı üçün bir müddət təxirə salınmışdı."Atam əməliyyat olunub və artıq evə qayıdıb. Səbinə ilə ailə qurmağımızla bağlı ailələrimizin də razılığı var. Həri olub. Onun da valideynləri, mənim də valideynlərim evlilik üçün xeyir-dua veriblər", - o əlavə edib.
Qeyd edək ki, Səbinə Allahverdiyeva bir neçə ay bundan öncəyə qədər tanınmış teleaparıcı Cavid Gül ilə sevgili idi. Hətta onların toyu olacağı da deyilirdi. Ancaq gözlənilmədən cütlüyün ayrılıq xəbəri yayıldı və Səbinə mətbuata açıqlamasında Cavidin əleyhinə təhqirdolu açıqlama verdi.
OXŞAR XƏBƏRLƏR