Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” bu gün qrup mərhələsinin IV turunda Fransanın "Sent Etyen” klubunu qəbul edəcək.
AZXEBER.COM xəbər verir ki, "qırmızı-qaralar” oyundan bir gün öncə matçın baş tutacağı "Bakcell Arena”da son məşqinə çıxıb.
Komandanın məşqində Cavid Hüseynov da iştirak edib. Məlum məsələlərə görə o, Avropa liqasında iştirakı üçün sifariş olunmayıb.
Məlumata görə, Cavid bu gün klubun oyununu stadiondan izləyəcək.
"Qəbələ” – "Sent Etyen” oyunu sabah 22:00-da başlayacaq.
Qeyd edək ki, Cavid həbsxanada olarkən ən çox dəstək olan şəxslər arasında "Qəbələ" klubunun prezidenti Tale Heydərov olub. Həttta Heydərov qələbələrini Cavidə həsr etdiklərini də deyib.