"Cavid Hüseynov üçün darıxmışam”

İDMAN
17:57 02.09.2015
1974
"Nə olursa-olsun, Xorvatiya millisi böyük, eyni zamanda mənim sevimli komandamdır. Ümid edirəm ki, Azərbaycan yığması da onlara qarşı yaxşı oyun sərgiləyəcək".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

46 yaşlı mütəxəssis komandasının iki futbolçusu üçün darıxdığını bildirib: "Bu günə qədər sabit oyunu ilə seçilən iki futbolçu üçün darıxmışam. Bunlardan biri hazırda həbsdə olan Cavid Hüseynov, digəri isə Maksim Medvedevdir. Hər iki futbolçu bizim üçün önəmlidir. Onları əvəzləyəcək futbolçularımız var. Oyuna gəlincə matç 15 min tamaşaçı tutumuna malik "Bakcell Arena"da keçiriləcək. Bu, əsl futbol arenasıdır. Beynəlxalq oyunlar zamanı orada əla atmosfer olur".

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR