Cavidan Novruz efirləri tənqid etdi: Vallah iyrəncsiniz!

Cavidan Novruz efirləri tənqid etdi: Vallah iyrəncsiniz!
MAQAZİN
08:39 15.10.2025
165
Müğənni, aktyor Cavidan Novruz son günlər televiziya efirlərində müğənnilərin bahalı avtomobilləri, əşyaları və mülkləri ilə öyünməsini kəskin tənqid edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkədə sərt paylaşım edib.

Cavidan  verilişlərdə süni və saxta görüntülərin çoxalmasından narazılığını bildirib:

"Mənə bilirsiniz, nə maraqlıdır? Nə vaxta qədər efirlərdə hansısa müğənninin maşınının içini qurdalamaq, bahalı əşyalarını göstərib müzakirə etmək və ya ondan mülkünün qiymətini soruşmaq dəbdə olacaq? Bir də o müğənnilərin guya bu söhbətin efirdə olmasını istəmirmiş kimi davranmaları...

Ən pis tərəfi budur ki, əslində, bunları özləri təşkil edirlər! Bu nə görməmişlikdir axı? Dünyanın heç bir kanalında belə şeylər yoxdur! Vallah, bəsdirin artıq — iyrəncsiniz!”

Aysel

 


 

 


OXŞAR XƏBƏRLƏR