Cavidandan təsirli paylaşım: "Atamı görsən, ona salamımı çatdır"

Cavidandan təsirli paylaşım: "Atamı görsən, ona salamımı çatdır"
MAQAZİN
11:41 16.10.2025
165
"Atam səni də, zarafatlarını da çox sevərdi. Əgər onu görsən, salamımı çatdır..."
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz sosial media hesabında həmkarı Rəşad Bəxtiyorovun vəfatı ilə bağlı etdiyi paylaşımda yazıb.
 
Cavidan onun ölümündən kədərləndiyini dilə gətirib:
 
"Həyat çox aqressivdir... Yox, əstağfirullah, mən Allaha üsyan etmirəm. Amma həyatın bəzən insanı nəfəs almağa belə qoymayacaq qədər sərt, şans verməyəcək qədər kobud qanunları var.
 
Teatra ilk gəldiyim günlər yadıma düşür... İlk dublör olduğum aktyor Rəşad idi. Bir-birimizi sözsüz anlayardıq, çətin vəziyyətlərdən bir-birimizi çıxarardıq. İçimdə haradasa bir ümid var idi ki, Rəşad sağalacaq. Amma bu gün oyandığımda aldığım xəbər məni tamamilə darmadağın etdi. Allah sənə rəhmət eləsin, ay Rəşad. Sənin zarafatların həmişə yerli-yerində, dadlı-duzlu olardı. Teatr səhnəsində yoxluğun daim hiss olunacaq.

Atam səni çox sevirdi, xüsusilə də zarafatlarını. Əgər bir yerdə qarşılaşsanız, ona salamımı çatdır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR