‘Cavidə verilən qiymət türkçülüyə verilən qiymətdir’ - Sona Vəliyeva

SİYASƏT
17:18 04.04.2014
1380

Sona Vəliyeva: “Cavidə verilən qiymət türkçülüyə verilən qiymətdir”

“Hüseyn Cavid bəşəri bir şair idi. O, sanki demokratiya adı ilə dünyanın qarışdırılmasını əvvəlcədən görərək, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” tarixi kəlamını gündəmə gətirdi”.

Bu sözləri bu günlərdə Türkiyənin İstanbul şəhərində Hüseyn Cavid yaradacılığna həsr olunan kitabının təqdimatını keçirən yazıçı-publisist Sona Vəliyeva söyləyib.

Onun sözlərinə görə, Cavid yaradıcılığı əbədi olaraq yaşayacaq: “Cavid turan ideyalarının, türkçülüyün təbliğatçısı idi. Onun fəaliyyəti təkcə bununla yekunlaşmırdı. İnsani dəyərlərin təbliği, dünya xalqlarının dinc və mehriban şəraitdə yaşaması dahi yazarın yaradıcılığının əsas qayəsini təşkil edirdi. O, bütün ömrünü insanlığın zirvəsinə həsr etdi və ömrünün sonunda əsir olmasına baxmayaraq, uzaq bir türk diyarında əbədiyyətə qovuşdu. Bu bir xoşbəxtlik idi. Çox sevinirəm və qürur duyuram ki, dahi Azərbaycan mütəfəkkirinin həyatını əks etdirən kitab ərsəyə gətirə bilmişəm. Kitabın İstanbulda keçirilən təqdimatı çox yüksək səviyyədə təşkil olundu. Biz Türkiyədə Cavid yaradıcılığını bir daha təbliğ edə bildik. Arzu edirəm ki, Cavidin həyatına həsr olunmuş kitabların sayı çox olsun. Unutmaz lazım deyil ki, Cavidə verilən qiymət türkçülüyə verilən qiymətdir”. (editor.az)

OXŞAR XƏBƏRLƏR