CBC Sport-dan "İdman Azərbaycan"a zərbə: 3 liqa "əl dəyişdi"

ÖZƏL
14:15 09.08.2018
6971

"CBC Sport” telekanalı 2018-2019 mövsümündəbir sırafutbol yarışını yayımlayacaq.

AZXEBER.COM-unməlumatına görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, AÇ-2020, DÇ-2022-nin seçmə mərhələsi,İspaniya La Liqası və sentyabrdan start götürəcək UEFA Millətlər Liqasıdır.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” (Madrid) və "Atletiko" (Madrid) komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq.


Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı "İdman Azərbaycan" yayımlayıb. Bundan başqa "Qarabağ"ın Avrokubok oyunları da bu günə qədər "İdman Azərbaycan"da yayımlanırdı, bu il isə oyunlar CBC Sport-da yayımlanır.

 


OXŞAR XƏBƏRLƏR