“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA

“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA
MANŞET
14:34 18.10.2017
1828
Xəbər verdiyimiz kimi, CBC Sport telekanalı Türkiyə Süper Liqasını yayımlayacağını açıqlasa da, sonradan problem yaranıb.
 
AZXEBER.COM-un məlumatına görə, telekanal bununla bağlı rəsmi açıqlama yayıb.
 
Açıqlamada deyilir: "Çox hörmətli tamaşaçılarımız, futbol ictimaiyyəti! Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunlarının rəsmi yayım hüququna malik "DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, "CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə superliqasının oyunları bizim kanalda yayımlanmayacaq.
 
"DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi "Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır. Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır. Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik.
 
Superliqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu.
 
Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində "CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik. Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində "DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik. Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq.
 
Çünki bizim əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidir. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir. Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən "CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir! Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə superliqasının oyunlarını yayımalya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib