ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilərinin bu gün cəbhənin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirdikləri monitorinq insidentsiz başa çatıb.
Bu barədə AZXEBER.COM-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayorkeçiriblər.