Cəbhəçi gənc Əli Kərimlini lənətlədi və AXCP-ni tərk etdi

SİYASƏT
16:10 03.10.2013
1956

Gənc fəal, Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Daşqın Məlikovun bəyanatı yayılıb.

AZXEBER.COM haqqın.az-a istinadən xəbər verir ki, D.Məlikov bəyanatında AXCP sədri Əli Kərimlini pisləyərək, Prezident İlham Əliyevi təqdir edib.Həbsdə olan AXCP üzvü D.Məlikov bu gün partiyanın sədri Ə.Kərimliyə ünvanladığı müraciətində onu lənətlədiyini və təşkilatı tərk etdiyini bildirib.D.Məlikovun bəyanatının surəti Mətbuat Şurasının sədri Əflatun Amaşova göndərilib.Həbsdə olan gənc fəal həmçinin prezident seçkilərində fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib.Bu məlumatı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində təsdiqləyiblər.Qeyd olunur ki, D.Məlikov bu ilin yazında keçirilmiş gənclərin silsilə aksiyalarının fəal iştirakçısı olub.Sumqayıt şəhər məhkəməsi bu il iyulun 3-də D.Məlikovu narkotik maddə saxlamaq ittihamı 2,5 il müddətinə azadlıqdan məhrum edib.

OXŞAR XƏBƏRLƏR