Cəbhədə ən son vəziyyətlə bağlı - VİDEOSUJET

Cəbhədə ən son vəziyyətlə bağlı -  VİDEOSUJET
ŞOU-BİZNES
22:57 24.01.2014
7918
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Son günlər bütün cəbhə boyu atəşkəsin ermənilər tərəfindən dəfələrlə pozulması qeydə alınıb. Müdafiə Nazirliyi qarşı tərəfin təxribat xarakterli cəhdlərinin qarşısını almaq və düşməni susdurmaq üçün təmas xəttindəki qoşunlarımızı döyüş hazırlığı vəziyyətinə gətirib.

AZXEBER.COM Türkəl TV-ə istinadən xəbər verir ki, hər gün axşam saatlarından intensivləşməyə başlayan atışma bəzən səhər saatlarına kimi davam edir. Atəşkəsin daha çox pozulduğu ərazilərdən biri isə Tovuzun Əlibəyli kəndidir. Kənd sakinlərinin dediyinə görə artıq 4 gündür ki, atəşkəsin pozulması dahada intensivləşib. Təxminən saat doqquz radələrində qarşı tərəfdən açılan atəş nəticəsində Ruhiyyə Hüseynova yaralanıb. Bacısının dediyinə görə həmin vaxt Ruhiyyə Hüseynova və bacıları qonşuya getmək üçün evdən çıxmağa hazırlaşırmış. Daha sonra xəstəxanaya yerləşdirilən Ruhiyə Hüseynovanın vəziyyəti stabildir. Əlibəyli kəndində yerləşən digər evlərdə atışmalardan xeyli ziyan çəkib.

Erməni silahlı Qüvvələrinin təmas xəttindəki təxribatları Azərbaycan ordusu tərəfindən hər an olduğu kimi ötən gün də cavabsız qalmayıb. Hərbiçilərimizin sayıqlığı nəticəsində düşmən susdurulub və öz layiqli cavabını alıb. Düşmən tərəfinin texnikasının da məhv edildiyi təsdiqlənib. Balaca Ramin isə ermənilərin bu təxribatına heç əhəmiyyət vermir. Evə və həyətə tökülən güllələri toplayıb oyuncaq kimi istifadə edən Ramin hərəkətləri ilə sanki bu hadisələrə məhəl qoymadığını nümayiş etdirdi. Hər zaman müharibəyə hazır olduqlarını deyən kənd sakinləri nə olur olsun geriyə bir addımda atan deyiliər. Əsgərlərimizlə bərabər Əlibəyli kişiləri hər an vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Evlərə dəyən güllələr iriçaplı silahlardan atılan güllələrinin izlərinə bənzəyir. Həyətlərdə tapdığımız və evin divarında ilişib qalan güllələr də kəndə iriçaplı silahlardan atəş açıldığını deməyə imkan verir. Bəziləri təxribatdan təşvişə düşsədə Məryəm nənə üzünü düşmənə tutub mikrafonomuza danışdı. Məryəm nənəni bizimlə söhbət edən zaman erməni postları açıq aşkar görünürdü. Lakin görünür nənə üçün bunun heç əhəmiyyəti yoxdur. Çünkü bura onun vətəni, torpağı və evidir. Çəkilişdə olduğumuz müddətdə insanların sərbəst şəkildə öz işləri ilə məşqul olduğunu müşahidə etdik. Əlibəyli sakinləri ordumuza güvənir və hər an müdafiələrinə tam arxayın olaraq gündəlik həyatlarını yaşayırlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"