İyunun 4-də gecə saat 04.15 ermənilərin diversiya qrupunun qarşısı alınıb. AZXEBER.COM news.am-a istinadən xəbər verir ki, sərhəd bölgəsində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun 1 hərbçisi öldürülüb, 2-si yaralanıb. Öldürülən kiçik serjant Vardan Oqanyan, yaralananlar isə Areik Maveryan, Valodya Çatrandır. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.