Cəbhədə qohumu şəhid olan kişi Milli Məclisin qarşısında özünü yandırmaq istədi
16:33 08.06.2012
3543
Milli Məclis qarşısında insident baş verib. Orta yaşlı kişi və ahıl yaşda olan qadın avtomobili Milli Məclisdən Teleqülləyə gedən yolda saxlayaraq yol hərəkətini bir neçə dəqiqəlik məhdudlaşdırıblar.Etiraz edən kişi özü ilə benzin gətirərək, özünü yandırmaq istəyib. İnsidentə səbəb etiraz edənlərin qohumlarının cəbhə bölgəsində gedən döyüşlərdə həlak olması və diqqətsiz qalmasıdır.