Manana Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO

Manana Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO
MAQAZİN
19:22 02.04.2026
637
Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb.

AZXEBER.COM xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi” əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib.

Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandil İsrafilov, sözləri isə Əməkdar artistin özünə məxsusdur. Redakte işini Leyli, aranjımanını isə Taleh Ağayev edib. Gitarada Mehdi Məmmədov, bas gitarada isə Saleh Məmmədov ifa edib. Nağarada səslənməni Abbas Səfərov, cajonda Fariz Fərzullayev, qarmonda isə Ramin Hüseynov edib. Əsərin mix masteringi Oleq Naumova aiddir.

Onu da vurğulayaq ki, "Basqalı rəqsi” adlanan əsərin ilk Azərbaycan dilində ifaçısı Əməkdar artist Manana Caparidzedir. Sənətçinin ifasında əsər mahnıya çevrilərək "Basqalım mənim” adlanır.

Manana Caparidze kompozisiyanın yaranması haqqında bunları danışıb:
 
"Əzizlərim, sizinlə xüsusi bir hekayəni bölüşmək istəyirəm. Bir neçə il əvvəl, çıxış etdiyim tədbirlərdən birində mənə böyük bir xoşbəxtlik nəsib oldu. Mərhum qarmon ustası, hörmətli Avtandil müəllim İsrafilovla görüşdüm. Çıxışımdan sonra mən duyğularla dolu idim — isti qarşılanma, dinləyicilərin mehriban baxışları, sevgi dolu bir ab-hava… Bu hisslərlə ona böyük hörmət və sevgi ilə yaxınlaşdım. Bu görüş mənim üçün böyük bir şərəf idi. Söhbətimiz çox səmimi keçdi və birdən o mənə dedi: "Manana, qızım, bilirsənmi ki, sənin ifa etdiyin mahnılardan birində səslənən musiqi parçası — ‘Basqalı rəqsi’ mənim bəstəm, mənim əsərimdir.” Bu sözləri eşitmək mənim üçün həm gözlənilməz, həm də böyük sevinc idi. Mən ona bu gözəl əsərə görə ürəkdən təşəkkür etdim. Elə həmin anda o, mənə bir xahişlə müraciət etdi — elə bir xahiş ki, bu günə qədər ürəyimdə yaşayır. O istəyirdi ki, bu əsər artıq mahnı kimi səslənsin — və mənim ifamda səslənsin.
 
O, bir az kədər hissi ilə qeyd etdi ki, təəssüf ki, bu əsər Azərbaycan hüdudlarından kənarda bəzən başqa adlarla təqdim olunur və məhz buna görə mənə xeyir-dua verdi ki, bu bəstənin əsasında mahnı yaradım və onun ilk ifaçısı olum — Azərbaycan dilində. Zaman keçdi və bu gün mən Aftandil müəllimin bizə miras qoyduğu əsəri təqdim edirəm. Hörmətli Avtandil müəllimin qızı, mənim üçün artıq çox doğma olan dəyərli Həcər xanımdan da inanılmaz dəstək gördüm. Düşüncələrimiz, hisslərimiz, niyyətlərimiz tam üst-üstə düşdü — və mən onların xeyir-duasını aldım.
 
"Basqalım Mənim” — bu, sadəcə mahnı deyil. Bu, böyük ustaya, onun işıqlı xatirəsinə, ailəsinə… və əlbəttə ki, sizə — mənim əziz dinləyicilərimə olan hörmətin ifadəsidir. Və bir də…Bu mahnı haqqında anam da bilirdi. O, bu anı səbirsizliklə gözləyirdi və mən inanıram onun ruhu bu gün yanımdadır və çox xoşbəxtdir”.

Qeyd edək ki, "Basqalım mənim” əsəri artıq bütün radio və rəqəmsal platformalarında yer alır.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək