BAKU AZƏRBAYCAN
12°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı, bir hərbçi məhv edildi

Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı, bir hərbçi məhv edildi
SİYASƏT
11:57 24.03.2020
2888
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

OXŞAR XƏBƏRLƏR