Cəbhədən son məlumat: Ermənilər postları tərk etdilər

SİYASƏT
11:42 12.08.2014
3920
Təmas xəttinə aparan magistral yollar açılıb.
Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində sakitlikdir, silah səsləri azalıb. Zabit heyəti evə buraxılıb.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.
Son günlər bağlı olan təmas xəttinə aparan magistral yollar açılıb.
Qondarma Dağlıq Qarabağ respublikasının “müdafiə nazirliyi” açıqlama yayıb ki, son 10 gündür ki, sərhəddə gərgin şəkildə növbədə duran hərbi qulluqçular dincəlmək üçün evə buraxılıb.
Qeyd edək ki, iyulun 31-dən başlayaraq cəbhədə vəziyyət gərginləşmişdi. Erməni kəşfiyyat-təxribat qrupu Ordumuzun mövqelərinə basqın etsə də əsgərlərimizin sayıqlığı nəticəsində qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi. Cəbhədə yaranmış gərginliklə əlaqədar avqustun 10-da keçirilən Soçi görüşündə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin həlli üçün sülh danışıqlarının davam etdirilməsinə razı olublar.
OXŞAR XƏBƏRLƏR