Cəbhədən son xəbər: Ermənilər iki mülki şəxsi yaraladı: biri uşaqdı

SOSİAL
01:58 03.04.2016
4180

Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR