“Cəbhəyanı məktəblərin şagirdlərinə güzəştlər ediləcək" - Təhsil Nazirliyi

SOSİAL
16:40 11.05.2016
1284
Aprelin əvvəlində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində cəbhəyanı kəndlərdə bir neçə məktəb dağıdılıb və şagirdlər xeyli müddət təhsildən yayınıblar. Cəbhəyanı kənd məktəblərinin şagirdlərinə güzəştlərin edilməsi və onların buraxılış imtahanlarından azad edilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta cəbhəyanı rayonların təhsil şöbələrinin müdirləri bu təkliflərlə Təhsil Nazirliyinə də müraciət ünvanlayıblar.
Nazirlikdən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı müzakirələr aparılır və buna uyğun müvafiq qərar qəbul olunacaq.

OXŞAR XƏBƏRLƏR