Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
SİYASƏT
14:50 15.06.2026
126
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, regionun gələcək inkişafına təsir göstərən strateji sənəddir. Bu bəyannamə iki qardaş ölkənin siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə əməkdaşlığını daha da möhkəmləndirərək müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldib.

Şuşa Bəyannaməsində tərəflərin ümumi maraqlarının qorunması, regional və beynəlxalq məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi, eləcə də strateji əməkdaşlığın dərinləşdirilməsi əsas istiqamətlər kimi müəyyən olunub. Bu sənəd Bakı və Ankaranın birgə səyləri ilə regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin edilməsinə xidmət edən yeni geosiyasi reallığın formalaşmasına mühüm töhfə verir.

Bəyannamədə xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi və müntəzəm siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi xüsusi vurğulanır. Həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti iki ölkə arasında əlaqələrin daha da genişlənməsində mühüm mexanizm kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı münasibətləri deyil, bütövlükdə regionun gələcəyini müəyyən edən mühüm siyasi sənəd kimi tarixdə öz yerini tutub.
 

Niyazi Əliyev

Göygöl RİHB Zurnabad kənd İƏD üzrə nümayəndəsi

 


OXŞAR XƏBƏRLƏR