Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək
DÜNYA
07:06 05.11.2026
459
Yeddi Avropa ölkəsinin həmkarlar ittifaqları və mənzil hüquqlarını müdafiə edən təşkilatlar noyabrın 20-dən etibarən 3 gün ərzində bahalığa qarşı Avropa miqyasında əlaqələndirilmiş etiraz aksiyaları keçirməyə çağırıblar.

AZXEBER.COM xəbər verir ki, noyabrın 3-də Parisdə keçirilən görüşdə İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, Portuqaliya, Yunanıstan və Belçikadan olan təşkilatların nümayəndələri aksiyalarda milyonlarla insanın iştirak edəcəyinə ümid etdiklərini bildiriblər.

Təşkilatların əsas tələbləri mənzil hüququnun təmin edilməsi, mənzil, ərzaq və enerji qiymətlərinə nəzarətin gücləndirilməsi, əməkhaqqı və pensiyaların artırılmasıdır. Onlar, həmçinin təhsil, səhiyyə və dövlət mənzil xidmətlərinin qorunmasını, miqrantların əmək hüquqlarının təmin edilməsini, varlıların daha çox vergiyə cəlb olunmasını və yenidən silahlanma siyasətinə, eləcə də fosil yanacaqların inkişafına son qoyulmasını tələb edirlər.

Görüşün təşəbbüskarlarından olan İspaniya Kirayəçilər Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Karm Arakazo Avropada alıcılıq qabiliyyəti böhranının dərinləşdiyi bir vaxtda təşkilatların birgə fəaliyyət göstərmək qərarına gəldiklərini bildirib.

İspaniyada əsas həmkarlar ittifaqları mənzil və əməkhaqqı tələbləri ilə noyabrın 11-də ümumi tətilə çağırıblar. Fransa CGT və Solidaires həmkarlar ittifaqları, eləcə də Mənzil Hüququ Assosiasiyası (DAL) da avropamiqyaslı etiraz çağırışına qoşulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
00:20 13.11.2026
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
00:13 13.11.2026
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
00:08 13.11.2026
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
00:03 13.11.2026
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
23:56 12.11.2026
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub