Cəbrayıl polisindən növbəti əməliyyat: marixuana və tiryək aşkarlandı

Cəbrayıl polisindən növbəti əməliyyat: marixuana və tiryək aşkarlandı
SOSİAL
09:33 08.07.2025
267
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən *2 kiloqramdan artıq marixuana* və *tiryək* aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR