Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

SAĞLAMLIQ
11:54 14.12.2023
362
Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.

OXŞAR XƏBƏRLƏR