Cəbrayılda mina partladı - şirkət əməkdaşı xəsarət alıb

Cəbrayılda mina partladı - şirkət əməkdaşı xəsarət alıb
SOSİAL
13:55 02.11.2022
215
Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mina partlayışı nəticəsində "İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
OXŞAR XƏBƏRLƏR