Cəbrayılda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI
SOSİAL
23:28 23.07.2026
228
Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 23.07.2026-cı il tarixində saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
AZXEBER.COMxəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.