Azərbaycanda yol qəzası keçirən və Türkiyədə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım evə buraxılıb.
O, xəstəxanadan çıxdıqdan sonra mətbuata açıqlama verib və vətəndaşların, dostların, qohumların duaları sayəsində sağaldığını bildirib.
"Ağır qəza idi. İki qabırğam sınıb. Təəssüf ki, qabırğa sınığı ilə bağlı tədbir görülə bilməz. Bədənin müxtəlif yerlərində əzilmələr var. Bunlar zamanla sağalacaq”, - deyə Yıldırım bildirib.
O, ilk müdaxilənin Azərbaycanda edildiyini, sonra Türkiyədə müalicəsinin davam etdiyini xatırladıb.
"Prezidentimizə minnətdarlığımı bildirirəm. Biz yaxşıyıq, bundan sonra müalicəmiz evdə davam edəcək”, - deyə B.Yıldırım qeyd edib.