Cəfər Cabbarlının qızı vəfat etdi

Cəfər Cabbarlının qızı vəfat etdi
SOSİAL
12:03 13.02.2018
1259
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə "Kulis.az”a onun nəvəsi Orxan Bağırov xəbər verib.

88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığından vəfat edib. O, sabah dəfn ediləcək.

Xatırladaq ki, Gülarə Cabbarlı 1930-cu il, 11 fevral tarixində Bakıda anadan olub.

Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR