Amerikalı aktyor Cek Nikolsonun nəvəsi Los-Ancelesdə saxlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Şon Norflit məişət zorakılığında günahlandırılır.
Məlumata görə, Şon avqustun 5-də kimliyi açıqlanmayan qadını döyüb və 50 min dollar girov müqabilində sərbəst buraxılıb.
Məhkəmə avqustun 26-na təyin edilib. Şon Norflitin günahı təsdiqlənərsə o, 4 il müddətinə azadlıqdan məhrum ediləcək.
Aysel