Cəlal İsayev: “Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır”

Cəlal İsayev: “Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır”
SOSİAL
11:16 17.06.2020
5574
Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.

Lakin aprelin 27-dən karantin rejiminin mərhələli yumşaldılmasına başlanması bumeranq effekti verməkdədir. Rəsmilər də etiraf edirlər ki, yumşalmanın nəticəsində koronavirusa yoluxma sürətlə artmaqdadır.

Bu səbəbdən 9 şəhər və rayonda karantin rejimi saxlanılır, bölgələrin sayının artması istisna deyil. Hətta aprel ayında olduğu kimi hamının yenidən evə qapadılması təklifləri səslənir. Çünki həftəsonu tətbiq edilən sərt karantin rejimi hələ ki ciddi effekt vermir. Hazırda hər gün yoluxanlar 300-dən çox, ölənlər 3-5 nəfər arası dəyişir. Eyni zamanda karantin rejiminin qaydalarına məsuliyyətli şəkildə riayət də edilmir: kafe-restoranlarda, ticarət mərkəzlərində, bazarlarda, marketlərdə, ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsinə əməl edilmir, heç də hamı bir nəfər kimi maska taxmır.

O baxımdan Azərbaycanda sərt tədbirlər görülməsi, Çində olduğu kimi hərbi vəziyyət elan edilməsi təklifləri səslənməkdədir.

Çinin paytaxtı Pekinin qonşuluğunda yerləşən Baodin şəhərində hərbi vəziyyət elan edilib. Bildirilib ki, bu qərar Pekin bazarlarından birində koronavirus peyda olması ucbatından qəbul edilib.

Baodinin Pekinə çox yaxın ərazidə yerləşməsi və paytaxtla aktiv əlaqəsi səbəbindən burada hərbi vəziyyət tətbiq olunub. Baodində 11,5 milyon insan yaşayır. Şəhər Pekinin 140 kilometrliyində yerləşir.

Pekinin "Sinfadi” bazarında iyunun 13-də koronavirus aşkarlanıb. Rəsmi məlumatlara görə, bazarı ziyarət edən 517 nəfərdən 45-i koronavirusa yoluxub. Bu nöqteyi-nəzərdən analoji praktikanın Azərbaycanda tətbiqinin hansı nəticələri verəcəyi müzakirə edilir. Çünki yoluxmanın heç bir üsulla qarşısını almaq mümkün olmur. Artıq xəstəxanalarda yer olmadığı xəbərləri gəlməkdədir, respublikanın tanınmış simaları arasında yoluxanlar var. Həmçinin  Prezident Administrasiyasında, Milli Məclisin Aparatında, ayrı-ayrı nazirliklərdə  COVİD-19 infeksiyasına yoluxanlar var.

Faktiki, ölkədə yoluxma sayı 10 minə yaxınlaşıb, bu yazı hazırlanarkən ölü sayı 119 nəfər idi, 4255 nəfər isə aktiv xəstə müalicə edilir. Üstəlik, pandemiyanın ikinci dalğasının gələcəyi israrla söylənilir və proqnozlaşdırılır.

Belə ki, Çinin Pekin bazarından qaynaqlanan koronavirus pandemiyasının ikinci dalğası nəticəsində 106 nəfər infeksiyaya yoluxub.

Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev "Yeni Müsavat”a bildirdi ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır.

Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər:

"Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı ilə keçir deyə yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir”.

C.İsayev Çindəki hərbi vəziyyətin eynilə bizdə tətbiq olunması təklifi ilə razılaşmır: "Çində ikinci dalğa var. Amma onlar təcrübəlidir və vəziyyətdən çıxacaqlar. Hərbi vəziyyət isə bizim üçün deyil. Çinin milyard yarım əhalisi var, nəzarət üçün lazımdır. Azərbaycanda belə bir vəziyyət elan olunmasına ehtiyac görmürəm.  Sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır. Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək”.

C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur: "İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?”

Baş infeksionistin fikrincə, insanların rayonlara buraxılmasını təşkil etmək, Bakıdakı sıxlığı azaltmaq lazımdır: "Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir”.

C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər: "Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir”.

Bu arada TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Qeyd olunan karantinlə bağlı "Trend”ə açıqlama verən TƏBİB mətbuat katibi Rəvanə Əliyeva deyib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

O qeyd edib ki, əgər deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, yoluxma sayındakı dinamika  nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb.

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.
 
///musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək