Mayın 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 4100, 2000, 1945, 1000, 320, 300, 250, 180, 70, 49 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
Bildirilib ki, naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.