Cəlil Məmmədquluzadə rüstəm ibrahimbəyovlar haqqında

Cəlil Məmmədquluzadə rüstəm ibrahimbəyovlar haqqında
KÖŞƏ
12:52 20.08.2013
2566
Fərəh SabirqızıJurnalist
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki kefli İsgəndər dövrünün yeganə ayıq adamı idi. İndi özünü M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, H.Cavid ilə müqayisə etdirən Rüstəm İbrahimbəyov yəqin ki, burada da özünü ancaq ziyalı təbəqəsinə məxsus kefli İsgəndərə bənzədərdi.
M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, H.Cavid ilə müqayisə haqqında az sonra.
Hələlik isə bu gün Rüstəm İbrahimbəyovun cəmiyyətimizdə tutduğu yeri birgə müəyyən etməyə çalışaq.
O, müxalifəti ölü sayırdı, hər şeyi də müxalifəti diriltmək üçün etdiyini deyirdi. Təkcə bu cümlə yetər ki, onun kefli İsgəndər yox, məhz Şeyx Nəsrullah olduğu üzə çıxsın. O, eyni ilə Şeyx Nəsrullah kimi səhnəyə çıxdı, əvvəlcə avazı gəldi, sonra özü.
Hamını müqəddəs olduğuna inandırmağa çalışdı. İnananlar da oldu. Sonra da başladı hər şeydə rəngləri qaraltmağa, ürək bulandırmağa, eyni ilə Şeyx Nəsrullah kimi. O da belə deyirdi: “Təamların ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür.
Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır”.
Rüstəm İbrahimbəyov Şeyx Nəsrullah kimi ölü müxalifəti dirilmək üçün səhnəcik də düzəltdi. Yaxınlarını diriltmək istəyənlər adlarını Milli Şuraya yazdırdılar. Sonra da başladı həngamə. Necə ki, Şeyx Nəsrullah qəbristanlıqda ətrafına yığdığı adamlardan soruşanda ki, kimi diriltmək istəyirsiniz, məlum olmuşdu ki, əslində yığışanlar buna razı deyilmişlər, çünki ölülər dirilsə, onlardan haqq hesab-çəkəcəklər. “Ölü yiyələri”nin qarşılıqlı ittihamları Rüstəm İbrahimbəyova öz işini görməyə imkan verdi.
Cəlil Məmmədquluzadə “Ölülər”i 1909-cu ildə Tiflisdə yazıb. Bilmirəm, nə təsadüfdür, amma 2013-cü ilin “ölüləri”nin də taleyi Tiflisdə yazıldı. Milli Şura iflic oldu. R.İbrahimbəyov 6 avqust 2013-cü ildə “Yeni Müsavat” qəzetində dərc olunan müsahibəsində deyirdi ki, “Milli Şurada cəmiyyətin bütün spektri təmsil olunub”.
Ətrafında 100-dən çox qurumdan liderləri, onların tərəfdarlarını, bir sözlə, böyük kütləni birləşdirdiyini iddia edən Milli Şura 18 avqustda keçirdiyi ilk aksiyada hər şeyi, hətta şübhəsi olanlara da bəlli etdi. Milli Şuraya üzv təşkilatların hərəsi aksiyaya 100 nəfər toplaya bilmədi.
Halbuki onların hər biri minlərlə, yüzminlərlə tərəfdarları olduğundan danışır, hətta içərisindən bəziləri çıxır ki, ümumiyyətlə, bütün xalqın onlarla olduğunu deyirlər. Reallıqda xalq içərisində hörmət, nüfuz göstəricisi heç 100 nəfərin cəm olub Milli Şuraya üzv təşkilatların hansısa birinin arxasınca getməyəcəyini göstərdi.
İndi hamı soruşur, ölü dirildən haradadır? Necə ki, Şeyx Nəsrullah qaçmışdı, elə də Rüstəm İbrahimbəyov bu gün meydanda yoxdur.
Həyatda ən pis şey əqidəyə təcavüzdür, onun zorlanması, ləkələnməsidir. Şeyx Nəsrullah hər gecə bir qızın bakirəliyini pozurdu. Bu gün saf əqidələrə təcavüz edənlərin ləkələdikləri vicdanlar onların siyasi əxlaq göstərici sayıla bilər. Çünki bir qız üçün bakirəlik nədirsə, vicdan sahibləri üçün də əqidə odur.
“Ölülər”də Əli bəy obrazı da var, dilmanc olur, Şeyx Nəsrullaha “Malades” deyənlərdən biridir... Bu gün siyasi meydanda da eyni rolu Əli Kərimli canlandırır.
Çox qəribədir, Cəlil Məmmədquluzadə sanki yazdığı əsərlərlə bugünkü müxalifəti, onun isimlərini görə bilib. “Anamın kitabı”nda xidmətçi Qənbər, rus intelligenti libasında Rüstəm bəy obrazları var. Eynilə bizim Rüstəm İbrahimbəyov kimi, o da ölkəsinin nicatını yadlarda axtarır və axırda əməlləri sayəsində Vətəni gözləri önündə can verir.
Əlbəttə, Rüstəm İbrahimbəyov özünü M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, H.Cavid ilə müqayisə etdirmək istəyər. Amma onların heç biri ilə müqayisəyə gəlməz. Rəsulzadənin qurduğu Milli Şura Azərbaycanı tarixində ilk dəfə istiqlala qovuşdurdu, R.İbrahimbəyovun Milli Şurası isə müstəqil bir dövləti müstəmləkəyə çevirmək istəyir.
Topçubaşov Fransanın Versal sarayında ABŞ prezidenti Vudro Vilsonu Azərbaycanın xoşbəxt gələcəyinin onun müstəqilliyində olduğuna inandırır, dünyadan Vətəninə dəstək qazandırmaq istəyirdisə, bu gün R.İbrahimbəyov Parisdə, Vaşinqtonda bu müstəqilliyi lənətləməklə öyünür.
Əgər F.X.Xoyski hökumət yaradıb, ona başçılıq edə bilirdisə, bu gün R.İbrahimbəyov kiçik bir QHT-yə rəhbərlik etmək səriştəsində deyil. H.Cavid totalitar rejimin ağır repressiyalarına məruz qalsa da, vuruşur, Vətənindən qaçmağı ağlına belə gətirmirdisə, bu gün Rüstəm İbrahimbəyov heç bir səbəb olmadan siyasi fərari kimi ölkə-ölkə gəzir, demokratik bir dövlətdə repressiyalara məruz qalması barədə fantizayalar yaratmağa çalışır.
Rüstəm İbrahimbəyov müxalifətimizin Şeyx Nəsrullahıdır. Kefli İsgəndər isə Şeyx Nəsrullahı belə çağırırdı: “Şarlatan”!
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Bizə “şarlatanlar”ı vaxtında tanıtmısan, tanıtmısan ki, onlara bir daha uymayaq! /// Gun.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM