Cəlilabadda 62 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanıldı

Cəlilabadda 62 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanıldı
HADİSƏ
22:34 16.08.2025
205
Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR