Cəlilabadda avtomobil 10 yaşlı uşağı vurub

Cəlilabadda avtomobil 10 yaşlı uşağı vurub
SOSİAL
10:07 26.11.2018
1926

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Şəhər sakini, 2008-ci il təvəllüdlü Musayeva Zəhra Şövqü qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR