Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb
HADİSƏ
09:38 23.12.2025
152
Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR