Cəlilabadda avtomobil ağaca çırpıldı: yaralılar var

Cəlilabadda avtomobil ağaca çırpıldı: yaralılar var
SOSİAL
17:13 08.08.2017
771
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomaşında olan Masallı  rayon sakini, 39 yaşlı Azər Tapdıq oğlu Əsədov və Saatlı rayon sakini, 29 yaşlı Mərifət Mətləb oğlu Sərvətov müxtəlif bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

//APA

OXŞAR XƏBƏRLƏR