Cəlilabadda dəhşətli qəza: Məktəb direktoru öldü

Cəlilabadda dəhşətli qəza: Məktəb direktoru öldü
SOSİAL
19:16 19.02.2017
1241
Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Report”un Aran bürosu xəbər verir ki,qəza kiçik tutumlu yük maşını ilə "BMW” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb. İlkin məlumata görə, "BMW”nin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur.
 
Faktla bağlı araşdırma aparılır.
 
Cəliabadda yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub. Bunlar, Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.  

OXŞAR XƏBƏRLƏR