Cəlilabadda iki nəfər kanala düşərək boğulub.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.










































