Cəlilabadda kütləvi dava - Xəsarət alan var

Cəlilabadda kütləvi dava - Xəsarət alan var
SOSİAL
14:44 24.04.2018
5891
Cəlilabad rayonunda kütləvi dava olub. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bir neçə şəxs arasında yaranan mübahisə sonradan davaya çevrilib.

Nəticədə rayonun Abazlı kənd sakini, 1986-cı il təvəllüdlü Dövlət Qürbət oğlu Alışov müxtəlif bədən xəsarətləri alıb. 

Tanımadığı şəxslər tərəfindən döyülən D. Qüdrətov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib.   

Faktla bağlı araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR