Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir - FOTO

Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir - FOTO
SOSİAL
12:37 27.08.2019
3103
Cəlilabad rayonunun Petrovka adlanan yaşayış məntəqəsində naməlum şəxslər həyətyanı evləri daşa basır, insanları qorxudurlar. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "azvision.az"a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, anoloji hadisə hər gün axşam saatlarında baş verir.

Evləri daşa basan şəxsləri tapmaq mümkün olmayıb.

Cəlilabad rayon sakini Qızqayıt Şükürovanın sözlərinə görə, atılan daşlar evlərin pəncərələrinin sınmasına səbəb olur. 

"Artıq iki ildir ki, evlərimiz naməlum şəxlər tərəfindən daşlanır. Sonuncu dəfə anoloji hal dünən gecə saatlarında baş verib”. 

Q.Şükürova qeyd edib ki, Petrovkada yaşayan sakinlər hər gecəni təşviş içində keçirirlər: "Bunu kimlərin etdiyini bilmirik. Əsasən evlərin damına və pəncərələrə daş atırlar.

Gecə olan kimi başlayırlar. Dünən bizim evimizi axşam saat 10-dan gecə 3-ə kimi daşladılar.

Bunu edən şəxsləri heç kim tapa bilmir və daşların hansı istiqamətdən atıldığını da müəyyənləşdirə bilmirik.

Qonşuların evləri növbə ilə daşlanır. Bu barədə polisə məlumat vermişik, gəlib izahat alıb gediblər.

Artıq iki ildir ki, Cəlilabadın müxtəlif yerlərində Məhərrəmlik ayı ərəfəsi eyni hal yaşanır. Hamımız qorxu içindəyik, nə edəcəyimizi bilmirik”. 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO