Cəlilabadda qadını qaynı bıçaqladı

Cəlilabadda qadını qaynı bıçaqladı
SOSİAL
22:21 08.05.2018
5433

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal "təcili yardım" maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.

Məlumata görə, onu qaynı bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

///Report
OXŞAR XƏBƏRLƏR