Cəlilabadda soyğunçuluq edən şəxslər saxlanılıb

Cəlilabadda soyğunçuluq edən şəxslər saxlanılıb
Bütün Xəbərlər
14:27 18.02.2014
803
Cəlilabadda soyğunçuluqla məşğul olan şəxslər tutulub. 
APA-nın cənub bürosunun məlumatına görə, fevralın 17-nə keçən gecə Cəlilabad şəhərinin ərazisində şəhər sakini Eldəniz Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişin qismində gedən və şəxsiyyəti məlum olmayan 2 nəfər onu və digər sərnişini, Maşlıq kənd sakini Seymur Əmənovu tapançaya bənzər əşya ilə hədələyərək onlardan 30 manat pul alıb. 
Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Privolnoye kənd sakinləri Tofiq Süleymanov və İbadət Süleymanov isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onlardan həmçinin 1 ədəd tapançaya bənzər alışqan götürülüb.
Faktla Bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR