Cəlilabadda suyun verilməməsi səbəbi açıqlandı

Cəlilabadda suyun verilməməsi səbəbi açıqlandı
SOSİAL
21:32 17.09.2026
67
Cəlilabad rayonunda su nəql edən boru xəttində qəza baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə sentyabrın 17-də saat 17:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. 225 millimetrlik su borusunda yaranan nasazlıq nəticəsində boru deşilib.

Qəza ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Suyun axmasının qarşısı alınıb və ərazidə mühafizə tədbirləri görülüb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İşlər başa çatanadək əhalinin su təminatında müvəqqəti fasilə yaranıb.
OXŞAR XƏBƏRLƏR