Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
HADİSƏ
20:22 21.08.2025
176
Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. 

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.
OXŞAR XƏBƏRLƏR